İstanbulda tacik müxalifət lideri öldürüldü – VİDEO
Bizi izləyin

Dünya

İstanbulda tacik müxalifət lideri öldürüldü – VİDEO

Tacikistanın müxalifət liderlərindən biri güllələnərək öldürülüb.

Tacikistanın “Qrup 24” adlı müxalifət hərəkatının lideri kimi tanınan Umarali Kuvatov gecə saatlarında İstanbulun Fatih bölgəsində silahlı hücuma məruz qalıb.

Tacikistanın müxalifət lideri, “Qrup-24” birləşməsinin rəhbəri Umarali Kuvatov dünən gecə İstanbulun Avropa hissəsində öldürülüb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, 47 yaşlı Kuvatov tanışının evinə qonaq gedibmiş.

Məlumata görə, Kuvatov gecə küçəyə çıxıb. Bu zaman naməlum şəxs Kuvatovun başına atəş açaraq onu öldürüb.

Polis hazırda Kuvatovun tanışını axtarır. Hüquq-mühafizə orqanları qətlin müxtəlif versiyalarını araşdırır.

Qeyd edək ki, Tacikistandan qaçan Umarali Kuvatov 2012-ci ildə Rusiyada “Qrup-24”ü yaradıb. Tacikistan Ali Məhkəməsi 2014-cü il 9 oktyabr tarixində “Qrup-24”ü ekstremist təşkilat kimi tanıyıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm