TQDK sınaq imtahanı üçün qeydiyyata başlayır
Bizi izləyin

Qırmızı.az

TQDK sınaq imtahanı üçün qeydiyyata başlayır

Sınaq imtahanlarına yazılış başlayır. Aprel ayının 5-də Tələbə Qəbulu üzrə Dövlət Komitəsi tərəfindən abituriyentlər üçün ilk sınaq imtahanı keçiriləcək.

TQDK-dan Publika.az-a verilən məlumata görə, həmin imtahanda iştirak etmək üçün qeydiyyatın martın 11-dən etibarən aparılması nəzərdə tutulur.

Qeyd edək ki, sınaq imtahanlarına yazılış yalnız internet vasitəsilə şəxsiyyət vəsiqəsindən və TQDK-nın ödəmə kartından istifadə olunmaqla aparılır. Ödəmə kartını internet ödəmə vasitəsilə və ya bütün mobil operatorlardan 7735 nömrəsinə boş sms göndərməklə əldə etmək olar.

Nəzərinizə çatdırırıq ki, TQDK tərəfindən sınaq imtahanları 5, 12, 19 aprel və 3 may tarixlərində həyata keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm