Bakıda avtomobilin şüşəsini qırıb oğurluq edən şəxs tutuldu
Bizi izləyin

Qırmızı.az

Bakıda avtomobilin şüşəsini qırıb oğurluq edən şəxs tutuldu

Bakıda oğurluq edən paytaxt saxini tutulub. Bu barədə Publika.az-a Bakı Şəhər Baş Polis İdarəsinin (BPİ) mətbuat xidmərindən məlumat verilib.

Məlumata görə, Binəqədi RPİ Cinayət Axtarış Şöbəsi və 40-cı PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, martın 3-də günorta saatlarında Çiçək qəsəbəsi yeni yaşayış sahəsində Natiq Fətəliyevə məxsus “Ford-Transit” markalı avtomobildən, şüşəni sındırmaqla maqnitafon və Sərvər Məmmədova məxsus mağazadan pəncərəni sındırmaqla 20 manat, televizor, qəbuledici, danışıq kartları və tütün məmulatları oğurlamaqda şübhəli bilinən 33 yaşlı Abşeron rayon sakini Əhəd Badir oğlu Qədirov tutulub.

Şübhəli şəxsin üzərindən 0,401 qram heroin aşkar olunaraq götürülüb.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm