Üzüyumşaqlığı başına bəla olan müğənni
Bizi izləyin

Tabloid.az

Üzüyumşaqlığı başına bəla olan müğənni

Gənc müğənni Yaşar Cəlilov televiziya işçilərini etikadan kənar davranışda qınayıb. O, televiziya işçilərinin müğənninin prodüserini qoyub, birbaşa onun özünə zəng etməsindən gileylənib. Publika.az xəbər verir ki, müğənni bu barədə “Günaydın” verilişində açıqlama verib.

“Mən prodüserlə işləyirəm. Verilişlərə dəvət etmək istəyəndə prodüserimə yox, birbaşa mənə zəng edirlər. Belə şeylər, əlbəttə ki, prodüserimin ürəyincə deyil. Bu, istənilən prodüserin xoşuna gəlməz. Birbaşa müğənniyə zəng etmək etikadan kənardır. Prodüser varsa, hörmət olaraq ona müraciət etmək lazımdır. Ola bilsin, sözlərimi pis qəbul edib məni verilişlərə dəvət etməyəcəklər. Allah canlarını sağ etsin. Elə verilişlər olur ki, mən ora getmək istəmirəm. Üzüyumşaq olduğumdan deyə bilmirəm ki, gəlmirəm. Amma prodüserim bu işləri məharətlə yerinə yetirə bilir”.

Məlumat üçün bildirək ki, Yaşar Cəlilovun prodüseri uzun müddətdir Vüsalə Kərimovadır.

Qeyd edək ki, “Günaydın” verilişi həftə içi hər gün saat 14:20-də “Space” telekanalında Vüsalə Kərimovanın təqdimatında efirə gedir.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm