İngiltərə şahzadəsinə nəvəsini görmək qadağan edilib - FOTOLAR
Bizi izləyin

Tabloid.az

İngiltərə şahzadəsinə nəvəsini görmək qadağan edilib - FOTOLAR

Şahzadə Çarlz ilk nəvəsinin dünyaya gəlməsini bu sözlərlə ifadə etmişdi: “Hər bir insanın həyatında unikal hadisə”.

Lakin baba öz nəvəsi ilə istədiyi vaxt görüşə bilmir. Xarici mətbuatın yazdığı məlumatlara inansaq, valideynlər - şahzadə Uilyam və hersoginya Keyt uşağı çox nadir hallarda babası ilə görüşdürürlər.

Kral ailəsinə yaxın olan mənbənin sözlərinə görə, Çarlz “Onlar mənə nəvəmlə görüşməyə icazə vermirlər. Keytin valideynləri isə nəvələri ilə istədikləri qədər vaxt keçirirlər”- deyə şikayət edib.

Çarlz Keyt Middletonun anası Kerolun hakimiyyəti ələ aldığını, öz qaydalarını diktə etdiyini, uşaqlarla istədiyi qədər vaxt keçirə bildiyini də söyləyib.

Deyilənlərə görə, bu Uilyam tərəfindən qabaqcadan düşünülmüş addımdır. O, oğlunu özünün qəddar və ifrat ciddilik şəraitində böyüdüyü mühitdən qorumaq istəyir.

Krallığın mətbuat xidməti isə bu məlumatı təkzib edib və əlavə heç bir şərh verməyib.

FİDAN

Oxumağa davam et
Reklam
Reklam

Gündəm