Qadınlar ən çox hansı işlərdə çalışır?
Bizi izləyin

Qırmızı.az

Qadınlar ən çox hansı işlərdə çalışır?

Ölkədə aktiv əmək müqaviləsi bildirişlərinin 53,1 faizi kişilər, 46,9 faizi qadınlar üzrədir.

Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev bildirib. Onun sözlərinə görə, 2015-ci ilin 1 mart tarixinə olan məlumata görə, (Naxçıvan MR üzrə məlumatlar istisna olmaqla) ƏƏSMN-nin “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” elektron xidməti vasitəsi ilə elektron informasiya sisteminə 1 981 273 əmək müqaviləsi bildirişi daxil edilib. Qeyd olunan tarixə həmin sistemdə aktiv bildirişlərin sayı 1 261 613 ədəddir:

İ.İsayev aktiv əmək müqaviləsi bildirişlərinin 53,1 faizinin və ya 669 338 ədədinin kişilər, 46,9 faizinin və ya 592 275 ədədinin qadınlar üzrə olduğunu qeyd edib: “Habelə aktiv əmək müqavilələrinin 13,9%-i və ya 174 946 ədədi 25-29 yaş hədlərində, 13,23%-i və ya 166 946 ədədi 30-34 yaş hədlərində, 12,85%-i və ya 162 103 ədədi 50-54 yaş hədlərində olan şəxslər üzrədir. Bütün bağlanan əmək müqavilələrinin 0,65%-i və ya 8198 ədədi 15-19 yaş hədlərində, 2,18%-i və ya 27559 ədədi isə 65 yaşdan yuxarı olan işçiləri əhatə edir”.

Nazir müavini bildirib ki, kişilər üzrə yaş qrupları üzrə ən çox əmək müqaviləsi bağlanan şəxslər 25-29 yaş hədlərində (kişilərlə bağlanmış əmək müqavilələrinin 15,6 faizi), qadınlar üzrə isə 50-54 yaş hədlərində (qadınlarla bağlanmış əmək müqavilələrinin 14,1%-i) olanlardır. Bağlanmış əmək müqavilələrinin yaş qrupları üzrə bölgüsündə qadınların xüsusi çəkisi 40-54 yaş hədləri üzrə kişilərdən daha çoxdur. Belə ki, 40-44 yaş qruplarında bağlanılmış 124 377 əmək müqaviləsinin 46,6%-i kişilərin, 53,4%-i qadınların payına düşür. Həmçinin 45-49 yaşlarında olan şəxslərlə bağlanılmış 142 173 əmək müqaviləsinin 45,9%-i kişilərlə, 54,1%-i qadınlarla bağlanıb. 50-54 yaş qruplarında bağlanılmış 162 103 əmək müqaviləsinin 48,4%-i kişilərin payına düşdüyü halda, qadınların payı 51,6%-dir: “ƏMEİS-də bu ayın əvvəlinə aktiv əmək müqavilələrinin 37,7 %-i və ya 476001 ədədi ali təhsilli şəxslərlə, 37,3%-i və ya 470 053 ədədi ümumi təhsilli şəxslərlə, 22,2 %-i və ya 280 100 ədədi orta ixtisas təhsilli şəxslərlə, 2,8%-i və ya 35459 ədədi isə ilk peşə-ixtisas təhsilli şəxslərlə bağlanıb.

Ən çox əmək müqaviləsi təhsil, səhiyyə, sosial xidmətlər, tikinti, ticarət, emal sənayesi sahələri üzrə bağlanıb. Kişilər üzrə ən çox əmək müqaviləsi bağlanan sahələr tikinti, emal sənayesi, təhsil, ticarət, qadınlar üzrə isə təhsil, səhiyyə, sosial xidmətlər, ticarət sahələridir. Təhsil, səhiyyə və sosial xidmətlər sahələrində muzdla işləyənlərin 76%-78%-i qadınlardır.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm