Nida.az
Qüdrət Həsənquliyev: “Onlar maliyyələşdirirlər”
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı I Avropa Oyunları ərəfəsində bir sıra ermənipərəst xarici təşkilatların fəallaşmasından danışıb.
Publika.az-ın məlumatına görə, Q.Həsənquliyev
deyib ki, yayda Azərbaycan ilk dəfə olaraq I Avropa Oyunlarına ev
sahibliyi edəcək: “Hesab edirəm ki, Ombudsman öz imkanlarından
istifadə edərək Avropa Oyunlarının tanıdılması işində aktiv iştirak
edə bilər. Biz bilirik ki, erməni diasporu, Azərbaycanı sevməyən
qüvvələr var. Onlar beynəlxalq hüquq və müdafiə təşkilatlarını
maliyyələşdirirlər. Dünyada insan hüquqları sahəsində ictimai rəyi
beynəlxalq hüquq müdafiə təşkilatları yaradır. Odur ki, Elmira
Suleymanova da imkanlarından və nüfuzundan istifadə edərək bəzi
şəxslərin azadlığa çıxmasına nail olsun və bu beynəlxalq idman
yarışına kölgə salmaq istəyənlərə imkan verməsin”.
Daha sonra deputat bildirib ki, bazar iqtisadiyyatı şəraitində
qiymət tələb və təklif əsasında formalaşır.
Q.Həsənquliyev dövlət qurumlarını bu məsələyə müdaxilə etməməyə çağırıb: “Bizə çoxlu sayda müraciətlər daxil olub. İstərdim ki, bu məsələyə ombudsmanın diqqətini çəkim”.
Vasif Həsənli
-
Müsahibə10:15
Diplomu 175 ölkədə tanınan azərbaycanlı: İki illik proses 40 gündə bitdi
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO