Tabloid.az
Samir Cəfərov ermənilər qarşısında verdiyi konsertdən danışdı
Xalq artisti Samir Cəfərov Uruqvay və Los-Ancelesdə verdiyi konsertlər zamanı ermənilər tərəfindən şok yaşadığından danışıb. Bu haqda müğənni ATV kanalına açıqlama verib.
“Uruqvayın Montevideo şəhərinə konsert vermək üçün getmişdik. Çünki Uruqvayın 3 milyon əhalisinin 45 mini ermənidir. Eyni zamanda, ölkədə 3 nazirdən biri də ermənidir. Ölkə erməni prospektləri, erməni soyqırımı abidələri, erməni firmaları ilə doludur. Bizi orada opera balet teatrı ilə tanış etdilər. Təbliğat elə gedir ki, guya ermənilər ali irqin məzlum xalqıdır. Biz isə vəhşi xalqıq. Mən də bizi ora ilə tanış edənləri orada baş tutan konsertimizə dəvət etdim. Bizim rəhbərimiz Aydın Əliyev idi. Konsertə gələnlər arasında ermənilər də var idi. Bizə operanı izah edənlər artıq konsertdə bizi ayaq üstə alqışlayırdılar. Hətta Uruqvayın parlament sərdi yaxınlaşıb mənimlə şəkil çəkdirdi. Mənimlə görüşməyən ermənilər idi. Bunu o dəqiqə hiss etdim. Daha sonra Los-Ancelesə getdik. Los-Anceles isə dünya ermənilərinin paytaxtı hesab olunur. Hətta orada balaca Ermənistan adlanan yer də var. Taksi sürücülərinin çoxu ermənilərdir. Taksi sürücüsü mənə 2500 il tarixi olan erməni şəhərinin adına olan siqaret təklif etdi. Los-Ancelesdə taksidə siqaret çəkmək qadağandır. Erməni lobbisi isə bunu qanuniləşdirib. Bu cür təbliğat gedir. Biz təbliğatda 100 il gecikmişik. Dövlət indi təbliğat işlərini yüksək səviyyədə aparır”.
İsa Şükürov
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO