Nida.az
“İpotekanın məbləği 70 minə qaldırılsın” – TƏKLİF
Milli Məclisdə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanovanın 2014-cü il üçün olan hesabat məruzəsi müzakirə edilib.
Publika.az-ın məlumatına görə, deputat Musa Qasımlı deyib ki, müvəkkilin illik məruzəsini diqqətlə oxuyub: “Sənəd peşəkarcasına hazırlanıb. Belə qənaətə gəlmək olar ki, ombudsman vətəndaşların etimadını qazanıb, mülki və siyasi hüquqların qorunması sahəsində mühüm işlər görüb, dövlət qurumları ilə yaxşı münasibətlər yaradıb. Hesab edirəm ki, Ombudsmanın KİV-lə əməkdaşlığı digər qurumlara nümunə ola bilər”.
İqtisadçı-deputat Əli Məsimli isə bildirib ki, Ombudsmanın
rayonlarda, QHT və dövlət qurumları ilə olan təmasları, irəli
sürdüyü təklifləri müsbət qiymətləndirir: “Hesabatın təkliflər
hissəsi də çox dəyərlidir. Təkliflər sırasında vətən uğrunda gedən
döyüşlərdə şəhid olan, iştirak edənlərə sığorta verilməsi təklif
edilir. Mən Ombudsmanın bu təklifini dəstəkləyir, hesab edirəm ki,
bu məsələ həll edilməlidir. İkinci təklif banklarla bağlıdır. Hesab
edirəm ki, əlaqədar təşkilatlar öz funksiyalarını vaxtında yerinə
yetirməlidir. Konstitusiyada, ölkə qanunlarında açıq göstərilib ki,
hesablaşmalar manatla aparılmalıdır. Üçüncü ciddi məsələ ipoteka
kreditləri ilə bağlı məsələdir. Təklif edirəm ki, ipotekanın
məbləği 70 minə qaldırılsın, faiz 8-dən aşağı endirilsin. Eləcə də,
ipoteka kreditləri regionlarda da verilsin. Həbs edilən
jurnalistlərin, siyasətçilərin və hüquq müdafiəçilərinin adı xüsusi
qeyd edilməməlidir”.
Deputat Musa Quliyev də ombudsmanın hesabatını dəstəkləyib,
müvəkkilə təşəkkürünü bildirib: “Azərbaycanda insan hüquqlarının
qorunması istiqamətində dinamik işlər gedir, dövlət və hökumət bu
istiqamətdə lazımi tədbirləri görür. Hesab edirəm ki, insan hüquq
və azadlıqlarının qorunması ikitərəfli işdir. Biri hüquq mühafizə
orqanları, digəri vətəndaş. Təcrübə göstərir ki, öz hüquqlarını
bilən şəxsin hüquqlarını pozmaq mümkün olmur. Ancaq hesabatda həbs
edilən hüquq müdafiəçilərinin, siyasi fəaliyyəti olan insanların və
mətbuatda işləmiş, sonradan həbs edilən şəxslərin adları xüsusilə
qeyd edilib. Təbii ki, bu şəxslər törətdiyi konkret cinayətə görə
həbs edilib. Hesab edirəm ki, ya onların adları xüsusilə qeyd
edilməməlidir, ya da bütün müraciət edən şəxslər
sadalanmalıdır”.
Vasif Həsənli
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK