Nida.az
Siyavuş Novruzov: “İsveçrə səfirliyi 6 aydır ki, bir adamı gizlədir”
Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bəzi ermənipərəst xarici təşkilatların Azərbaycanda insan hüquq və azadlıqlarına dair hazırladıqları hesabatları pisləyib.
Publika.az-ın məlumatına görə, YAP-çı deputat
bildirib ki, bir qrup beynəlxalq təşkilat Azərbaycan dövləti
haqqında şər kampaniyası aparmaqda davam edir: “Vaxtilə Bakıda
keçirilən “Eurovision” yarışması ərəfəsində də belə kampaniya
gedirdi. Onlar erməni mənşəli, qrant verib sonra “şapka” aldığı
şəxsləri dəstəkləyənlərdir. Buradan bir qrup şəxs də onlara
material ötürür. Bunlar AXCP sədri Əli Kərimli, onun ətrafı və
erməni mənbəsindən alaraq saxladığı QHT-lərdir. Hesab edirəm ki,
millət vəkilləri, Ombudsman öz xətləri ilə bu məsələdə mövqeyini
ortaya qoymalıdırlar. Belə bir möhtəşəm tədbir bizim ölkəmizdə
keçirilir. Hörmətli Mehriban xanım ölkələri bir-bir gəzərək Avropa
Oyunlarının təqdimatını edir. Biz də bir işin qulpundan tutaq”.
S.Novruzov RATİ-nin sədri Emin Hüseynlinin İsveçrə səfirliyində
saxlanılması məsələsinə də toxunub: “İsveçrə səfirliyi 6 aydır ki,
bir adamı gizlədir. Bu adam milyonlarla qrant alıb, 240 min manatı
vergidən yayındırıb. Mən təklif edirəm ki, Ombudsman İsveçrə
səfirliyinə müraciət etsin. Qoy bu səfirlik 3 gün bir məcburi
köçkünə və ya müəllimə yemək versin. Hələ bir dəfə eşitməmişik ki,
bu qurumlar həkimi, müəllimi müdafiə etsin”.
Vasif Həsənli
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!
-
Hadisə24 Aprel 21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi
-
Magazin124 Aprel 21:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial24 Aprel 19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ24 Aprel 19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika24 Aprel 18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə24 Aprel 18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO