Sağlamlıq
Yağlı qidaların zərərlərini azaldın!
Ləzzətli yeməklər çox vaxt yağlı olur. Sağlamlığımıza zərərli olsa da, dadlı yeməkləri həyatımızdan çıxara bilmirik.
Ancaq həddindən artıq yağlı qidalar qan dövranını yavaşladaraq damarların daralmasına səbəb olur. Damarlara yığılan yağ isə ürək xəstəliklərinə gətirib çıxara bilir.
Əgər yağlı yeməklərdən imtina edə bilmirsinizsə, yağın orqanizmə verdiyi zərəri azaltmağa çalışmalısınız.
Bunun üçün Publika.az-ın təqdim etdiyi məsləhətlərə əməl edin.
Ət
Əti qızartdıqda və ya kabab çəkdikdə onda bədənə iltihab və şəkər xəstəliyi riskini artıran maddələr ortaya çıxır.
Əti əvvəlcədən limon suyu və sirkəylə ovun. Bu həmin zərərli maddələri təsirsiz hala gətirəcək.
Qırmızı şərab
Araşdırmalar gündə 2 qədəh qırmızı şərabın yağlı yeməklərin damarlar üzərindəki mənfi təsirini azaltdığını ortaya çıxarıb. Üzüm suyu da eyni effekti verir.
Avokado
Kaliforniya universitetinin alimləri insanların hamburger yedikdən 2 saat sonra bədənlərində müəyyən proseslər getdiyini və bunun bir çox orqana zərər verdiyini açıqlayıblar.
Ancaq hamburgerlərə birlikdə avokado yedikdə qidanın tərkibindəki yağ bədəndən atılır və heç bir orqanda yığılmır. Mütəxəssislər avokadonun yağlı bir meyvə olduğunu qəbul etsələr də, onun tərkibindəki yağların sağlamlıq üçün faydalı olduğunu deyirlər.
Oturmayın
Yağlı qidalar qəbul etdikdən sonra yerinizdə oturmayın. Heç olmasa 30 dəqiqə yeriyin. Sürətinizə özünüz qərar verin. Əgər sağlamlığınız imkan verirsə, daha sürətli yeriyin.
Ləman Sultan
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO