Dünya
İŞİD Osmanlı məscidini havaya uçurdu
İŞİD terror təşkilatı işğal etdiyi ərazilərdə tarixi və islam mədəniyyəti abidələrini məhv etməkdə davam edir.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, İŞİD İraqın Mosul şəhərində Osmanlı dövründən qalan tarixi Hema Kado məscidini havaya uçurub.
İraq Kürdüstan Demokrat Partiyasının Mosul vilayəti üzrə nümayəndəsi Sait Memozi məscidin dünən axşam saatlarında İŞİD üzvləri tərəfindən partlayıcı maddə ilə havaya uçurulduğunu deyib.
Terror təşkilatı bir müddət əvvəl minlərlə yaşı olan sənət əsərlərinin olduğu Mosul muzeyinə hücum edərək heykəlləri dağıdıb. Bundan başqa, İŞİD üzvləri minlərlə tarixi əsərin olduğu Mosul kitabxanasını yandırıb.
Qeyd edək ki, İŞİD İraq ordusunun geri çəkilməsi ilə ölkənin ən böyük ikinci vilayəti olan Mosulu 2014-cü ilin iyun ayında ələ keçirib.
Ömər Dağlı
-
İdman22:04
"Qarabağ" finalda!
-
Hadisə21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi
-
Magazin121:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı