Tabloid.az
Cenifer Lopez özündən 18 yaş cavan sevgilisindən danışdı - FOTOLAR
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Cenifer Lopez keçmiş sevgilisi Kasper Smart haqqında ilk dəfə danışıb.
Müğənni "Xəyanət edilən qadının qüruru sınır, özünü açaldılmış hiss edir”- deyib.
45 yaşlı cazibədar ulduz sevgilisinin ona xəyanət etdiyini biləndən sonra ayrılmağa qərar vermişdi. Özündən 18 yaş kiçik sevgilisinin xəyanətindən indiyədək heç danışmayan ulduz “Loaded” jurnalına verdiyi müsahibədə münasibətlərində hər zaman aldadıldığını qeyd edib:
"Sevgililərim mənə sadiq olmadı. Mənə layiq olmayan kişilərlə görüşdüm. O zaman insan özünü alçaldılmış, yanlış bir şey etmiş və sanki özündə bir səhv varmış kimi hiss edir. Bu yalnız qadınlara məxsus bir hiss deyil. Kişilər də aldadılanda, əminəm ki, özünü belə hiss edir. Boşandıqdan sonra özümü inkişaf etdirdim və bəzi şeylərin fərqinə vardım. Bunları da insanlarla bölüşdüm. Həyat çətindir, o, bəzən bizə pis dərslər verir. Amma yaşadıqlarından düzgün nəticə çıxartmalısan. Ayağa qalxıb yoluna davam etməlisən! Həyatın hər dövründə depressiyaya məğlub olmaq olmaz. Məğlub və qalib olmaq insanın özündən asılıdır”.
Xatırladaq ki, Cenifer Lopezin keçmiş rəqqas sevgilisi onu iki transseksualla aldatmışdı.
Aytən
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR