Avstraliyanı “Eurovision”da bu müğənni təmsil edəcək
Bizi izləyin

Tabloid.az

Avstraliyanı “Eurovision”da bu müğənni təmsil edəcək

Bu il Avstraliyanı “Eurovision” musiqi müsabiqəsində Qay Sebastiyan təmsil edəcək. Qay ilk dəfə 2003-cü ildə “Australian İdol” müsabiqəsində qalibiyyət əldə etdikdən sonra məşhurlaşıb. Daha sonra isə vətənində keçirilən “The X Factor” musiqi yarışmasının münsiflər heyətində təmsil olunub.

Müğənninin ilk 3 mahnısı milli hit-paradın ilk pillələrində olub.

Bu il Avstraliyanı təmsil edəcək Qay müsabiqə haqda fikirlərini açıqlayıb: “Bu, mənim üçün çox həyəcanlı andır. Faktiki olaraq, bu, dünyanın ən böyük musiqi hadisəsidir. Ölkəmi bu müsabiqədə təmsil etmək fəxrdir”.

Qeyd edək ki, müsabiqənin finalı mayın 23-də Avstriyanın paytaxtı Vyanada keçiriləcək.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm