Xatun Nazpərinin əlindən Dubaya qaçdı - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Xatun Nazpərinin əlindən Dubaya qaçdı - FOTOLAR

Müğənni Xatun Nazpəri Dostəliyevanı parodiya etdikdən sonra yaranan qalmaqal məlumdur. Müğənni yaşananlardan sonra Dubaya qaçdığını da etiraf edib. Publika.az xəbər verir ki, müğənni bu açıqlamanı “Günaydın” verilişində edib.

“Qurban olum, parodiyadan danışmayın. Dubaya qaçdım ki, ara bir az sakitləşsin. Sənət dostlarımla yığışmışdıq. Mən də şou əhlini parodiya edirdim. Samir Piriyev həmin məclisdə mənə dedi ki, bəlkə sən “stand up” şoular göstərəsən? Bəylərdən Fərdadır, xanımlardan da sən ol. Müğənni Yeganə məndən onu parodiya etməyimi xahiş edib. Amma onu parodiya etmək üçün kliplərinə baxıb öyrənməliyəm. Parodiyanı peşəkarcasına etmək lazımdır”.

Qeyd edək ki, “Günaydın" verilişi "Space" telekanalında Vüsalə Kərimovanın təqdimatında həftə içi hər gün saat 14:20-də efirə gedir.

Jalə Ağayeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm