Azərbaycanlı "ağ canavar" döyüşə hazırlaşır - FOTO
Bizi izləyin

İdman

Azərbaycanlı "ağ canavar" döyüşə hazırlaşır - FOTO

Portuqaliyanın Vaqos şəhərində kikboks üzrə dünya çempionatı keçiriləcək. Həmin yarışda Azərbaycanı "Neftçi" İSM- in idmançısı 20 qat dünya çempionu Eduard Məmmədov təmsil edəcək.

Publika.az xəbər verir ki, “ağ canavar” ləqəbli kikboksçu daha bir qələbə əldə etmək fikrindədir. Ən titullu idmançı statusunu qoruyan Eduard Məmmədov növbəti dəfə dünya çempionluğuna sahib olmaq üçün çalışacaq. E.Məmmədov bu barədə Publika.az - a danışdı: "Martın 26 - sı dünya çempionatı üçün Portuqaliyaya yola düşəcəyəm. Yarış WAC versiyası üzrə keçirilir. Mən həmin yarışda “lou kik” stilində döyüşəcəyəm. Çempionat martın 27-29- da baş tutacaq".

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm