Manyakların həyat yoldaşları: Psixopat ərlərin sadəlövh arvadları -FOTOLAR
Bizi izləyin

Bilgi.az

Manyakların həyat yoldaşları: Psixopat ərlərin sadəlövh arvadları -FOTOLAR

Televizorda növbəti dəfə hər hansı bir manyak və ya qatilin həbsi haqda eşitdikdə daha çox onların ailəsi və arvadları əziyyət çəkir. Həmin an hamının ağlına bir sual gəlir: Necə ola bilərdi ki, hamını qorxu altında saxlayan qatil evdə hamının gözündən yayına bilib? Ən pisi isə odur ki, onların zavallı arvadları tükürpədici qətllər törədən ərləri ilə eyni evdə yaşayıb.

Publika. az evli olmuş manyak və qatillərin ailəsini təqdim edir.

Meri Elizabet Harriman

Meri Elizabet Harriman transvestit, qəddar, qatil və pozğun əri Rassel ilə 19 il yaşayıb. Maraqlı odur ki, Rassel ailəcanlı və hörmət edilən insan olub. Rassel izi itirmək üçün qurbanlarından qalan əşyaları hər iki evində gizlədib. Bir hərbiçi kimi Rassel mətbuatın və polisin əlinə düşə biləcək bir sıra dəlil - sübutları məhv edirdi. O, qadın alt paltarlarına sitayiş edən insan idi. Belə ki, qadın alt paltarlarını oğurlayaraq onları toplayırdı. Bu manyak arvadının görə bilməyəcəyi yerdə seks - oyuncaq və qadın alt paltarlarını yığıb saxlayırmış.

Keti Uilson

Keti Uilsonun 16 yaşı olarkən Piter Tobinə ərə gəlib və 19 yaşında ondan boşanıb. Lakin bu 3 il Keti üçün əsil cəhənnəm olub: Piter arvadına qarşı alçaldıcı hərəkətlər edib. Belə ki, o, evə fahişələri gətirərək arvadının gözü qarşısında onları zorlayırdı. Keti ondan boşanmaq istədiyini dedikdə isə Piter arvadını hədələyərək bildirirdi ki, belə olacağı halda o, kiçik oğlunu qətlə yetirəcək. Sözlərini sübut etmək üçün Piter balaca oğlunu eyvandan aşağı sallamaqla qadını qorxudub. Bu azmış kimi Keti zirzəmidən gələn pis qoxunu da hiss edirdi. Qadın "arvad döyən"ərinin qəddar olmasına şübhə etmirdi. Lakin ərinin qatil və sadist olması onun ağlına belə gəlməzdi. Keti sonda cəsarətini toplayaraq ərini tərk edə bildi. Polis isə Tobinin narkotik maddələrin saxlanması və dələduzluqda ittiham edərək həbs edir. Onun evindən isə qurbanı olmuş qadınların cəsədləri aşkar edildi.

Cudit Mouson

Heri Ricey həbsindən iki il sonra günahını boynuna alana kimi arvadı Cudit ərinin günahsız olduğunu zənn edib. Sən demə, Ricey 70 insanı qətlə yetirib və bütün bunlardan onun arvadının belə xəbəri olmayıb. Ricey "Yaşıl Çayın Qatili" adı ilə məşhur olub. Bütün bunlara baxmayaraq, onların xoşbəxt evliliyi olub. Cuditin sözlərinə görə, əri onu hər üzünü güldürüb və ideal ər olub. Evləndikdən sonra Ricey 6 günlük işdə çalışıb, Cudit isə ev işləri ilə məşğul olub. Bəzən olurdu ki, Ricey işə evdən gec gələrdi. Günlərin birində evə gec gələn Cudit yataq otağında mebellərin olmadığını və Riceyin yerdə çılpaq uzanaraq yatdığını görüb. Çox sonralar isə mebelin hara aparılması məlum olacaq. Belə ki, Ricey yataq otağındakı mebelləri qana bulaşdığı üçün tullayıb. Qadın ərinin kimliyini bildikdən sonra depressiyaya düşərək spirtə qurşandı. Özünə gəldikdən sonra isə o, ad soyadını dəyişib yeni həyata başladı.

Pola Rayder

Pola Rayder 34 il ərzində qətllər törədən Dennis Rayderin həyat yoldaşı olub. Dennis 30 il polisdən yayına bilib və heç kim onda hər hansı bir qəribəlik hiss etməyib. Məlum məsələdir ki, Dennis ikiüzü insan olub. Çünki bu illər ərzində o, ikili həyat yaşayıb. Dennis bəzən qətlləri barəsində işarələr qoysa da, arvadı bütün bunları göz ardına vurmağa çalışıb. Məsələn, Pola bir dəfə ərinin cızma - qaraları arasında Şirli Vian Relfordun qətli barəsində şeir tapdı. Xəbərlərdə isə məhz bu qızın qətli haqda reportajlar gedirdi. O, ərinin qətldə barmağının olmasını ağlına belə gətirmirdi. Digər bir işarə isə 911 xidmət bürosuna qətl haqda məlumat verən kişinin səsi idi. Bütün televizor və radiolarda o səsi səsləndirirdilər. Bundan əlavə, Dennis evdə gecələmədiyi günlərdə insanların itməsi haqda xəbər yayılırdı. Onların əşyaları isə evin zirzəmisindəki qutularda saxlanılardı.

Faina Çikatilo

Faina Çikatilo 30 il ərzində qətllər, zorakılıq edib 100 - dən çox insanı yeyən Andrey Çikatilonun arvadı olub. Arvadı heç zaman onun qatil olmasından şübhələnməyib. Lakin polis Anderylə bağlı işə başladıqda Faina bəzi məqamları xatırladı: Ezamiyyətdən qayıtdıqdan sonra ərinin köynəyindəki qan ləkələri, uşaqlara qarşı pis rəftara görə işdən qovulma, şəhərdə baş verən qətllər barəsində arvadına tez - tez sual verməsi... Çikatilo arvadına impotent olduğunu deyərək onunla cinsi əlaqəyə girməkdən imtina edib. Arvadı isə ərinin seksual manyak olduğunu bildikdə sadəcə olaraq şoka düşüb.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm