2014-ün ən son qış modası - FOTOLAR
Bizi izləyin

Qadın

2014-ün ən son qış modası - FOTOLAR

Nyu York dəb həftəsində gələn ilin qış dəbi müəyyənləşib. Bu gün Nyu York dəb həftəsinin küçə stilləri və gələn ilin moda trendlərindən bəhs edəcəyəm.

Çəhrayı paltolar gələn qış da öz hakimiyyətini davam etdirəcək. Xüsusən də çəhrayı, mavi və boz tonlar daha çox dəbə minəcək.

Pançolar da dəbdə olacaq. Diqqət çəkən, etnik naxışlı, damalı modellər də dəbə minəcək.

Nyu York moda həftəsində saxta kürklər hər yerdə özünü göstərirdi. Xüsusən də rəngli kürklər qarderobunuzu işğal edəcək. Xəz detalları həmçinin çanta və ayaqqabılarda da nəzərə çarpacaq.

Naxışlı və güllü, hətta başdan ayağa şəkilli paltolar gələn il dəbə minəcək. Eyni zamanda əlvan paltolar da çox aktualdır.

Metalik trendi yüksəlməyə davam edir.

Dizüstü çəkmələr yenə trend olacaq. Xüsusən də corab çəkmələrə daha çox rast gələcəyik.

2014-2015-ci ilin qış dəbində saçlar alışıb-yanacaq. Belə ki, rəngli saçlar dəbdə olacaq. Onları keçici, yaxud tabaşirlə rəngləyə bilərsiniz.

Moda önümüzdəki mövsümlərdə də danışmağa davam edəcək. Belə ki, sloqan yazılara çanta və köynəklərdə tez-tez rast gələcəyik.

İdman ayaqqabılari ilin istənilən mövsümündə ayaqlarımızı bəzəyəcək.

Publika.Az-ın qadın bölməsi Nyu York moda həfəstinin ən yadda qalan stillərini təqdim edir:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm