74 yaşlı rahibəni zorlayan hindli saxlanılıb - FOTO
Bizi izləyin

Dünya

74 yaşlı rahibəni zorlayan hindli saxlanılıb - FOTO

Hindistan polisi Qərbi Benqal ştatında 74 yaşlı katolik rahibəni zorlamaqda şübhəli bilinən qrup üzvlərindən birini saxlayıb.

Publika.az-ın məlumatına görə, hadisə Ranaqhat şəhəri yaxınlığındakı monastır və qızlar məktəbi ərazisində baş verib.

Hadisədən 12 gün sonra Mumbay şəhərində saxlanılan şəxs Kəlküttəyə gətirilib.

Baş nazir Narendra Modi istintaqı nəzarətə götürdüyünü bildirib.

Qeyd edək ki, ötən həftə olayla bağlı Kəlküttə və bir sıra başqa şəhərlərdə etiraz aksiyaları keçirilib. Polis cinsi təcavüzdə iştirak edən altı nəfərdən dördünün kimliyinin müəyyənləşdirildiyini deyir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm