Kral ölümündən 530 il sonra yenidən dəfn edildi
Bizi izləyin

Dünya

Kral ölümündən 530 il sonra yenidən dəfn edildi

İngiltərə Kralı III Riçard ölümündən 530 il sonra yenidən dəfn edilib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, sümükləri 2012-ci ildə İngiltərədə bir avtoparkın altında tapılan Kral III Riçard Leyçester şəhərində təşkil edilən mərasimlə dəfn edilib.

Kral III Riçard 1485-ci ildə, taxta çıxdığı ikinci ildə Bosvort müharibəsində 32 yaşında həyatını itirmişdi. Kralın sümükləri 2012-ci ilin avqust ayında İngiltərənin Leyçester şəhərindəki bir avtoparkın altında həyata keçirilən arxeoloji qazıntılar zamanı tapılıb.

Leyçester Universiteti ötən il skeletin Kral III Riçarda aid olduğuna dair güclü dəlillərin olduğunu açıqlamışdı.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm