Dünya şöhrətli müğənni ərinin ağır xəstəliyinə dözə bilmədi – FOTO
Bizi izləyin

Tabloid.az

Dünya şöhrətli müğənni ərinin ağır xəstəliyinə dözə bilmədi – FOTO

Uzun müddətdir ki, səhnə fəaliyyətinə fasilə verən Selin Dion dünən “Good Morning America” proqramının qonağı olub. Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Selin Dion verilişdə göz yaşlarını saxlaya bilməyib.

Xatırladaq ki, dünya şöhrətli ifaçının həyat yoldaşı ağır xəstəlikdən əziyyət çəkir. Müğənni 73 yaşlı həyat yoldaşı Rene Angelilin boğaz xərçəngi olduğu üçün yemək yemədiyini bildirib.

46 yaşlı ulduz verilişdə "Yemək yeyə bilmədiyi üçün yeməklərini borucuq vasitəsilə yedirirəm. Xüsusi qidalanma qurğusu var. Onu gündə üç dəfə qidalandırıram” – deyib. Daha sonra isə gözləri dolan ifaçı hisslərinə hakim ola bilməyib hönkür-hönkür ağlayıb.

FİDAN

Oxumağa davam et
Reklam
Reklam

Gündəm