Ramiz Məlikov: “Çox darıxıram”
Bizi izləyin

Tabloid.az

Ramiz Məlikov: “Çox darıxıram”

Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Ramiz Məlikov yaş ötdükcə, tez-tez nostalji hisslərə qapıldığını deyib.

Publika.az-a danışan aktyor keçmiş tərəf müqabilləri üçün qəribsədiyni söyləyib: “Mən zamanında səhnədə ən gözəl rollarımı yaratmışam. Hamısını da sevə-sevə oynamışam, tərəf müqabillərimdən enerji almışam. İndi sağıma-soluma baxıb, o gözəl aktyorları görməyəndə təəssüflənirəm. Səhnədə biri-birimizi baxışımızla anlayırdıq. Həmin aktyorlar səhnəyə çıxanda salon alqış sədalarından dağılırdı. Heyif ki, bir çoxları vaxtsız dünyasını dəyişdi. Mən o günlər üçün çox darıxıram. Əlbəttə, teatrda istedadlı gənclər var, amma mənim tərəf müqabili olmaq istədiyim aktyorlar dünyasını dəyişib”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm