Mövsümün klassik dəbi: Limon sarısı - FOTOLAR
Bizi izləyin

Dəb

Mövsümün klassik dəbi: Limon sarısı - FOTOLAR

Axır ki, baharın həsrətlə gözlənilən isti nəfəsi bizi öz gəlişi ilə sevindirdi. Darıxdırıcı, yağışlı soyuq havalardan sonra günəşin şüalarını hiss etmək susuz adamın suya qovuşması kimi sevindirici haldır. Mövzumuz isə bu, deyil. Bu məqalədə xanımları baharın limon qoxulu dəbi ilə tanış edəcəyəm.

Bahar palitrasını Günəşin rəngi olmadan təsəvvür edə bilmərik! İsti, müsbət və ürəkaçan limon sarısı son dövrlərdə qarşımıza çıxan sarıların ən yumşaq variantdır. Xüsusilə naxışlarda tez-tez üzləşəcəyimiz bu rəng tonu yay gələnə qədər bizə xoşbəxtlik bəxş etməyi öz öhdəsinə götürüb. Çünki Günəş çalarları - xoşbəxtlik, sevgi və müsbət emosiyalarla assosiasiya edilir. Bir çox ölkələrdə sarı uğur, tərəqqi, firavanlıq rəmzi hesab olunur.

Bu rəng romantik şəxslərin də çox xoşuna gələcək. Dizaynerlərin də bu mövsümdə ən sevimli, pozitiv və enerji saçan rəngi - sarıdır. Füsunkar qadın dəstlərini yaratmaq üçün “Nicole Miller,” “Ralph Lauren”, “Lepore Nanette”, “Ochs Cushnie Et”, “Carolina Herrera”, “Jenny Packham”, “Tracy Reese”, “Erdem”, “Georges Chakra və bir çox başqa moda evləri bu rəngdən istifadə ediblər. Dizaynerlər baharın dəbli rəngi sarını klassik göy rənglə birləşdirməyi təklif edirlər.

Sarı rəngli çanta və aksessuarları qarderobunuza çəkinmədən əlavə edə bilərsiniz. Bu rəngi adətən yeni parlaq emosiya və dəyişikliklərin intizarında olan insanlar seçirlər.

Hər il baharın başlanğıcında sarı rəngi və onun müxtəlif tonlarını vitrinlərdə görürük. Publika.az-ın tabloid bölməsi vitrinlərdə gördüyümüz rəngi necə istifadə etmək barədə sizə kömək edən stil təkliflərini təqdim edir:

Pencək: “Massimo Tutdu”

Massimo Dutti 2015 Sarı Ceket Modeli

Klassik geyimi sevənlər üçün əsl yazlıq pencəkdir. Həm klassik geyimə rəng qatır, həm də dəbli görünmək üçün ideal pencək ola bilər.

Kapri: “Roman”

İpekyol 2015 Sarı Detaylı Kap Modeli

Kapri hicablı xanımların sanki xilaskarıdır. Demək olar ki, hər dəstdə asanlıqla istifadə olunan limon sarısı bu kapri valehedici görünür!

Etnik naxışlar bu il dəbin zirvəsini fəth edib. Basma ətəklər, güllü paltarlar bu il demək olar ki, hər kolleksiyada diqqətimizi çəkən məhsullardır. Bu naxışlar sarı ilə birləşəndə həqiqətən ecazkar görünür.

Baharın sevimli dəsti: Limon sarısı

Sarı Çember Etekle İlkbahar Kombini

Kombinin detalları:

Ətək: “Forewer New”

Köynək: “Uniqlo”

Baletka: “Aquazzura”

Palto: “Forewer New”

Çanta: “Saint Laurent”

Son olaraq sarının ən gözəl tonu və onunla ən yaxşı harmoniya təşkil edən badam rəngindən ibarət dəst hazırlamışıq. Xatırladaq ki, badam və bej tonları da 2015-ci ilin dəbdə olan rəngləri arasında yer alır. Bu iki rəngin birləşməsi bahar ovqatı yaradır.

AYTƏN

Oxumağa davam et
Reklam
Reklam

Gündəm