Nida.az
BMT-də uşaq hüquqlarının vəziyyəti müzakirə olundu
BMT Təhlükəsizlik Şurası Fransanın sədrliyi ilə silahlı
münaqişələrdə uşaqların müdafiəsinə həsr olunmuş iclas
keçirib.
İclasda BMT-nin baş katibi Pan Gi Mun, BMT-nin uşaqlara və
silahlı münaqişələrə dair məsələlər üzrə xüsusi nümayəndəsi Leyla
Zarugi, BMT Uşaq Fondunun icraçı direktorunun müavini Yoka Brandt,
habelə NATO-nun baş katibinin köməkçisi Stiven Evans iştirak
ediblər. Bu mühüm mövzu üzrə müzakirələrə 79 dövlətin nümayəndələri
qatılıb. Azərbaycanın nümayəndə heyəti iclasda bəyanatla çıxış
edib.
Azərbaycan Respublikasının BMT-dəki daimi nümayəndəliyinin
müşaviri Hüsniyyə Məmmədova çıxışında bildirib ki, uşaqlar əvvəlki
kimi yenə də silahlı münaqişələr zamanı ən çox zərər çəkən
qruplardan biridir. Azərbaycan nümayəndəsi məlumat verib ki,
atəşkəs sazişinə məhəl qoymayan Ermənistan müntəzəm olaraq rejimi
pozur və Azərbaycan uşaqları atəşlərin qurbanına, erməni
snayperlərinin hədəfinə çevrilirlər. Diplomat uşaq hüquqlarının
pozulmasında təqsirkar olanların məsuliyyətə cəlb edilməsinin
vacibliyini vurğulayıb b, habelə Təhlükəsizlik Şurasını köçkün
uşaqlara xüsusi diqqət yetirməyə, onların doğma yurdlarına qayıtmaq
hüququnu bərpa etməyə çağırıb.
Qeyd olunub ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayon 1992-1994-cü illərdə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib və nəticədə 650 min nəfərdən çox azərbaycanlı öz torpaqlarından qovulub. BMT Təhlükəsizlik Şurası 1993-cü ildə erməni təcavüzünü pisləyən və Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 822, 853, 874 və 884 nömrəli qətnamələr qəbul edib. 1994-cü ilin mayında atəşkəs rejimi haqqında saziş imzalandıqdan sonra Ermənistan silahlı qüvvələri sazişi müntəzəm surətdə pozublar. Artıq məlum olduğu kimi, işğal edilmiş Qarabağ ətrafında və Ermənistan-Azərbaycan dövlət sərhədi boyunca qoşunların təmas xəttində yerləşən Azərbaycan kəndlərinin atəşə tutulması nəticəsində həlak olmuş dinc əhali arasında uşaqlar da var. Məsələn, 2011-ci il martın 8-də Ağdam rayonunun Orta Qərvənd kəndinin doqquz yaşlı sakini Fariz Bədəlov Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozması nəticəsində həlak olub. Bu, 1992-ci ildə Malıbəyli və Quşçular, Qaradağlı, Xocalı və Ağdabanda qadınlara və uşaqlara qarşı Ermənistanın həyata keçirdiyi təcavüzkarlıq siyasətinin davamıdır. (AZƏRTAC)
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK