Dünya
İsrailli hərbçilərin bu videosu qalmaqala səbəb oldu (VİDEO)
İsrail hərbçilərinin gecə vaxtı fələstinli ailənin evinə
girərək axtarış apardığını əks etdirən videolar
yayılıb.
ANS PRESS-in məlumatına görə, bir neçə əlisilahlı və üzü maskalı
"B'Tselem" hərbi qrupunun üzvləri gecə saat 3:20-də qəfildən
fələstinli ailənin evinə girərək axtarış aparmağa başlayıb. Digər
üzü maskalılar da evdəki bütün uşaqları oyatmağı tələb edib.
Anaları isə uşaqların yatdıqlarını və əsgərləri görəndə
qorxacaqlarını deyib. Lakin hərbçilər uşaqları çağırmaqda təkid
ediblər. Onlar yuxudan oyandırılan uşaqlardan adlarını və yaşlarını
soruşub, şəkillərini çəkiblər.
Uşaqların atası övladlarına tez-tez "qorxmayın" deyib. Lakin
onlardan biri hətta həyəcandan öz adını da səhv deyib. Hərbçilər
evdən çıxan kimi isə uşaqlardan biri ağlamağa başlayıb.
Uşaqların anası belə bir vaxtda niyə evlərinə gəldiklərini
soruşanda hərbçilərdən biri "mən öz günümün qafikini sizinlə
müzakirə etmək niyyətində deyiləm" deyə cavab verib. Onlar uşaqları
dindirmələrini isə belə izah ediblər ki, gün ərzində uşaqlar
israilli əsgərlərə daş atıblar.
Qeyd edək ki, "Beynəlxalq uşaqları müdafiə" təşkilatının Fələstin şöbəsinin məlumatına görə, İsrail hərbçiləri hər il 500-700 arası uşağı əsgərlərə daş atdığına görə həbs edirlər.
-
Nida Xəbər 13:10
Paşinyan 5 saatlıq qapalı görüşdə 4 kəndlə bağlı nələr deyib?
-
Sosial12:57
Əhaliyə şad xəbər: bu evlər ucuzlaşacaq
-
Magazin112:22
Məleykə Əsədovanın görün neçə yaşı oldu
-
Region11:42
Nikolyanı Ermənistana buraxmadılar: Qarabağda yaralanmışdı, Qazaxla sərhəddə...
-
Nida Xəbər 11:32
Ermənistan polisi Bağanis-Voskepar yolunu bağladı
-
Sosial11:13
Bütün sosial ödənişlər bu tarixdə veriləcək
-
Magazin111:07
Görün Brilliant Dadaşova oğluna nə dedi: Yalvarmaqdan... - FOTO/VİDEO
-
Dünya10:56
Almaniya prezidenti İstanbulda hər kəsi təəccübləndirdi: Dönər kabab...