Dünya
Yəməndə vəziyyət gərginləşdi - VİDEO
Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələri bu gecə də
Yəməndə husi üsyançılarının mövqelərini
bombalayıb.
ANS TV-nin məlumatına görə, aviazərbələr zamanı, paytaxt Sənanın
hava limanı ətrafı hədəf seçilib. Həmin bölgələrdə husi
üsyançılarına məxsus bazaların olduğu güman edilir.
Misir, İordaniya, Sudan, Türkiyə və Pakistan rəhbərliyi də
əməliyyatlara dəstəklədiklərini bəyan ediblər. Amerika Birləşmiş
Ştatlarının dövlət katibi Con Kerri husi üsyançılarına qarşı
görülən tədbirləri alqışladığını deyib.
Rusiya prezidenti Vladimir Putin isə, iranlı həmkarı Həsən
Ruhani ilə telefon əlaqəsi yaradaraq İran rəhbərliyini dərhal
Yəməndə hərbi fəaliyyətinə son qoymağa çağırıb.
Hələlik İran husi üsyançılarına dəstək olan yeganə ölkə olduğu
iddiaları var. Bir qədər əvvəl İranın xarici işlər naziri Məhəmməd
Cavad Zərif rəsmi Ər-Riyaddan aviazərbələri dayandırmağı tələb
edirdi.
Ölkədəki zorakılıqlardan qaçmadığı deyilən Yəmən prezidentinin Səudiyyə Ərəbistanına sığındığı xəbəri də yayılıb. Ötən gün Yəmən liderini paytaxt Ər-Riyadda ölkənin müdafiə naziri Şahzadə Məhəmməd qarşılayıb.
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı
-
Avropa10:15
Zelenskini öldürmək istəyən şəxs bu ölkədə saxlanıldı
-
MDB09:48
Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı - FOTO