Ahraru-Şam qruplaşmasından Yəmən əməliyyatına dəstək - Fotofakt
Bizi izləyin

Dünya

Ahraru-Şam qruplaşmasından Yəmən əməliyyatına dəstək - Fotofakt

Suriyada Əsədə qarşı döyüşən Ahraru-Şam qruplaşması da Səudiyyə Ərəbistanının rəhbərliyi ilə 10 ölkənin həyata keçirdiyi Yəmən əməliyyatına dəstək bəyanatı yayıb.

Publika.az xəbər verir ki, qruplaşma bəyanatda İranın həddini aşdığını elan edib.

“İran İraqı işğal etdi, Suriyada qətliamlara dəstək verdi, indi də Yəməndə hərəkətə keçdi. Biz Yəmən xalqının yanındayıq”, - deyə bəyanatda bildirilib.

Qeyd edək ki, Yəməndə husilərin üsyanı nəticəsində ölkə qarışıb. Prezident Əbdrəbbuh Mansur Hadinin ölkədən qaçdığı deyilir. Lakin ölkə rəsmçiləri bunu təkzib edir.

Məlumatlara görə, üsyançılara qatılan ordu bölmələri beynəlxalq hava limanını ələ keçirib, paytaxtda atışma səsləri eşidilir.

Prezident Əbdrəbbuh Mansur Hadi BMT Təhlükəsizlik Şurasından şiə husi üsyançılara qarşı mübarizədə kömək etmək istəyən ölkələrin hərbi müdaxiləsinin dəstəklənməsini xahiş edib. Öz məktubunda o, legitim hakimiyyətə bütün mümkün üsullarla təxirəsalınmaz dəstək göstərməyə icazə verən qətnamə qəbul etməyə çağırıb.

Misir, İordaniya, Sudan, Türkiyə, Pakistan və Səudiyyə üsyançılara qarşı çıxır. ABŞ dövlət katibi Con Kerri husi üsyançılarına qarşı görülən tədbirləri alqışladığını deyib.

Hazırda üsyançıları dəstəkləyən yeganə ölkə İrandır. Rusiya prezidenti Vladimir Putin də İran rəhbərliyini üsyançılara dəstəkdən imtina etməyə çağırıb.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm