Qırmızı.az
Şəhid hərbçimiz dəfn edildi - FOTO
Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan hərbçisi Kazımov Etibar Xudavi oğlu doğulduğu rayonda dəfn edilib.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, martın 26-da cəbhənin Tərtər rayonunun Qapanlı kəndi istiqamətində şəhid olan 30 yaşlı E. Kazımov Goranboy rayonun Safikürd kəndində torpağa tapşırılıb.
Şəhidin dəfn mərasimində onun yaxınları, hərbçi yoldaşları, Müdafiə Nazirliyinin və Goranboy rayon İcra Hakimiyyətinin təmsilçiləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Şəhidin qohumları vətən uğrunda canını verən igid övladları ilə şərəf duyduqlarını bildiriblər.
Xatırladaq ki, Milli Ordunun müddətdən artıq hərbi qulluqçusu E. Kazımov döyüş tapşırığını yerinə yetirərkən ermənilərin açdığı atəş nəticəsində şəhid olub. E. Kazımov 2 ay öncə ailə həyatı qurub.
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...