Avtobusla yük maşını toqquşdu: 13 ölü
Bizi izləyin

Qırmızı.az

Avtobusla yük maşını toqquşdu: 13 ölü

Pakistanının cənubundakı Xayrpur əyalətində avtobus ilə yük maşınının toqquşması nəticəsində 13 nəfər həlak olub. On beş nəfər ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb. Onların arasında qadınlar və uşaqlar da var.

“DAWN” nəşrinin verdiyi məlumata görə, İslamabaddan Kəraçiyə doğru hərəkət edən avtobus sürət həddini aşaraq yolun əks tərəfində hərəkət edən yük maşınına çırpılıb.

Pakistanda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisələri tez-tez baş verir. Ötən il noyabrın 11-də həmin əyalətdə avtobusun qəzaya uğraması nəticəsində 56 nəfər həlak olmuş, 25 nəfər yaralanmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm