Fransada jurnalistlər etiraz aksiyasına başladı
Bizi izləyin

Dünya

Fransada jurnalistlər etiraz aksiyasına başladı

Parisin on yeddinci rayonunda yerləşən ölkənin aparıcı Fransa radiosunun 500-dən artıq jurnalisi fəaliyyətlərini dayandıraraq uzun müddətli tətilə başlayıb. Regional radio qovşaqlarının əməkdaşları da parisli həmkarlarına qoşulublar .


Ölkə jurnalistlərini öz ətrafında birləşdirən beş həmkarlar təşkilatının çağrışı ilə tətilə başlayan qələm sahibləri ilk növbədə hüquqlarının tapdanmasında günahkar bildikləri “Frans radio evi “ şirkətinin sədri Matyö Gellenin istefasını tələb ediblər. Onlar şirkətdə baş verən neqativ hallara qarşı ölçü götürülmədiyi, qənaət bəhanəsi ilə əmək haqlarının azaldılmasına son qoyulmadığı, iş şəraitlərinin yaxşılaşdırılmadığı təqdirdə tətili davam etdirəcəklərini bildirirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm