Səudiyyə ilk mərhələnin başa çatdırdı
Bizi izləyin

Dünya

Səudiyyə ilk mərhələnin başa çatdırdı

Səudiyyə Ərəbistanının başçılığı altında Yəmənin bir çox hissəsinin nəzarətini ələ keçirən şiə Husi qrupunu devirmək məqsədi daşıyan regional səylər çərçivəsində artıq ikinci gündür döyüş təyyarələri Yəməndəki üsyançı hədəflərinə hücum edirlər.

Rəsmilərin və şahidlərin sözlərinə görə, cümə günü koalisiyanın döyüş təyyarələri hərbi bazalar daxil olmaqla, üsyançıların paytaxt Sənada nəzarət etdiyi digər hədəf nöqtələrini bombalayıblar.

Səudiyyənin hərbi rəsmiləri bombalamanın ilk mərhələsinin “uğurla” başa çatdığını bildirib. Lakin Müdafiə Nazirliyinin müşaviri Əhməd Bin Həsən Əsirinin sözlərinə görə, müttəfiqlərin birgə hücumu da zəruri ola bilər.

“Artıq bu mərhələdə hələ ki, qurudan əməliyyat planlaşdırılmır, lakin situasiya bunu gərəkdirsə Saudiyyənin quru qoşunları və müttəfiq qüvvələr hər bir aqressiyanın qarşısını almağa hazır olacaqlar”, deyə, o bildirib.

Beş Körfəz monarxiyası daxil olmaqla, 10 ölkədən ibarət koalisiya İranın dəstəklədiyi Hutiləri məğlub etməyə və Yəmənin beynəlxalq miqyasda qəbul edilən hökümətini bərpa etməyə çalışır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm