Dünya
İŞİD əleyhinə yeni internet dərgisi təsis edildi
"İmams online" internet resursunu yaratmış İslam ilahiyyatçıları "Haqiqah" adlı rəqəmli jurnalın dərcinə başlayıblar.
Publika.az xəbər verir ki, bu jurnal Avropa və dünya müsəlmanlarına "İslam Dövləti" təşkilatının ehkamlarına alternativ şərhlər verəcək. İlahiyyatçıların yaydığı məlumata görə, yeni mediada ekstremist qruplaşmaların içərisindəki həqiqi vəziyyət göstəriləcək.
"İlahiyyatçılar qəddar, mənəviyyatsız və qərəzkar beyinlərə qarşı yeganə legitim yolla mübarizə aparmaq üçün Quran və Sünnənin düzgün, informasiya və təhsil baxımından zəngin təfsirini vermək məsuliyyətini öz üzərlərinə götürürlər" - "İmams online" saytında deyilir.
Yeni jurnalın təsisçiləri həmçinin intrenetdəki "ekstremizm təbliğatının" artmasından narahatdırlar.
Təxminlərə görə hazırda 70 minədək İD-ə meylli Twitter hesabı mövcuddur.
"İslam Dövləti" təşkilatının cihadçıları müasir kommunikasiya vasitələrindən fəal istifadə edirlər.
Martın əvvəllərində onlar hətta öz sosial şəbəkələrini yaratmağa cəhd göstərmişdilər, lakin bu şəbəkə heç bir həftə də işləyə bilmədi.
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı