Əsəd: “Qərb bunu 50 ildir etməyə çalışır”
Bizi izləyin

Dünya

Əsəd: “Qərb bunu 50 ildir etməyə çalışır”

Suriyanın dövlət başçısı Bəşər Əsəd xarici güclərin ölkəsi ilə bağlı planlarından danışıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Əsəd xarici güclərin Suriyada dövlət çevrilişi ilə bağlı cəhdlərin 50 ildir davam etdiyini söyləyib.

Dəməşqdə rusiyalı jurnalistlərə danışan Əsəd Qərbin Suriyada dövlət çevrilişi üçün iki üsuldan istifadə etdiyini bildirib: “Birincisi, hakimiyyəti birbaşa devirməyə çalışdılar. İkincisi isə Qərb tərəfdarı olan şəxslərdən istifadə edərək dövləti daxildən zəiflətməyə cəhd etdilər”.

“Qərb müstəmləkəçilik dövrünə aid mövqeyini davam etdirdikcə, həmçinin Rusiya, Suriya və İran kimi daxili işlərinə müdaxilə edilməsinə icazə verməyən ölkələr yaşadıqca Qərbin bu cür hücumları davam edəcək”, - Suriya prezidenti vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm