“DXR”də pensiyalar Rusiya rublu ilə veriləcək
Bizi izləyin

Dünya

“DXR”də pensiyalar Rusiya rublu ilə veriləcək

“Donetsk Xalq Respublikası” ("DXR") separatçı qurumda pensiyaların 2015-ci ilin aprel ayından Rusiya rublu ilə ödənilməsinə başlanılacaq.

Publika.azlenta.ru” saytına istinadən xəbər verir ki, separatçı qurumun rəhbəri Aleksandr Zaxarçenko bununla bağlı fərman imzalayıb.

Qeyd edək ki, Ukrayna hakimiyyəti 2014-cü ilin noyabrında Donetsk və Luqansk “xalq respublikaları”nın ərazisində pensiyaların ödənilməsini dayandırıb. Ölkənin baş naziri Arseniy Yasenyuk bildirib ki, “yalançılar”ın nəzarət etdiyi rayonlara maddi yardım verilməyəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm