Qırmızı.az
Şirvanda qəzaya düşən iki qardaşdan biri öldü
Şirvan şəhərində baş verən yol qəzasında iki qardaşdan biri ölüb.
Şirvan polis şöbəsindən APA-nın Mil-Muğan
bürosuna verilən məlumata görə, ötən gecə saat 22.15 radələrində
Şirvan şəhəri H.Əliyev prospektində ağır yol qəzası baş verib.
Şirvan sakini, 1985-ci il təvəllüdlü Şirməmmədov Məhəbbət Şamil
oğlu idarə etdiyi “VAZ 21013” markalı “18 BA 313” dövlət nömrə
nişanlı avtomobillə digər Şirvan sakini, 1976-cı il təvəllüdlü
Hümbətov Rafiq Nurbaba oğlunun idarə etdiyi “Ford Tranzit” markalı
“90 GA 161” dövlət nömrə nişanlı avtomobillə toqquşub. Nəticədə
“VAZ 21013” markalı avtomobilin sürücüsü və avtomobildə olan
qardaşı -1990-cı il təvəllüdlü Şirməmmədov Cəmil Şamil oğlu hər
ikisi ağır kəllə-beyin travması ilə Şirvan şəhər xəstəxanasının
reanimasiya şöbəsinə yerləşdirilib.
Sürücü aldığı bədən xəsarətlərindən bu gün səhər saatlarında
dünyasını dəyişib. İkincinin vəziyyəti ağır olduğundan Bakı şəhəri
neyrocərrahiyyə mərkəzinə aparılıb. Faktla bağlı Şirvan polis
şöbəsində araşdırma aparılır.
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü