Dünya
Ərəb ordusu Yəmənə girir - VİDEO
Ölkəsində davam edən qarşıdurmalar nəticəsində yoxa çıxan Yəmən prezidenti Hadidən xəbər var. Onun bu müddət ərzində Səudiyyə Ərəbistanında olması təsadüfi görünmür.
Bu arada regionun aparıcı ölkələrinin Yəməndə maraqları
toqquşub. Burada əməliyyatlar keçirən Səudiyyə Ərəbistanını
dəstəkləyən Rusiya və Türkiyə prezidentləri Putin və Ərdoğan İrana
mesajlar verib.
ANS TV-nin məlumatına görə, Səudiyyə Ərəbistanı Hərbi Hava
Qüvvələrinin Yəməndə Husi üsyançılarının mövqelərini bombalaması
nəticəsində 40 nəfər ölüb. Aviazərbələr əsasən, paytaxt Sənanın
hava limanı ətrafına endirilib. Həmin bölgələrdə Husi üsyançılarına
məxsus bazaların olduğu güman edilir.
Səudiyyə Ərəbistanı ilə paralel Misir, İordaniya, Sudan, Türkiyə və
Pakistan rəhbərliyi də əməliyyatlara dəstəyini ifadə edib. Amerika
Birləşmiş Ştatlar Husi üsyançılarına qarşı görülən tədbirləri
alqışlayıb.
Rusiya prezidenti Vladimir Putin isə iranlı həmkarı Həsən Ruhani
ilə telefon əlaqəsi yaradaraq İran rəhbərliyini dərhal Yəməndə
hərbi fəaliyyətinə son qoymağa çağırıb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İranın Yəmən və İraqdakı
fəaliyyətini kəskin şəkildə tənqid edərək mövqeyindən əl çəkməyə
səsləyib. Ərdoğan qeyd edib ki, İran rəhbərliyi regionda hökmranlıq
etməyə çalışır ki, bu siyasət də qəbuledilməzdir:
“Biz Yəmən xalqının hamısına qardaş münasibəti bəsləyirik.
Qardaşlarımızın hüquqları üzərində hər halda düşüncələrimizi ifadə
etməliyik. Hələlik Yəmənə hərbi dəstək olmaq barədə bir söz demək
istəmirəm. Bu doğru olmazdı. Lakin nəqliyat, təchizat və kəşfiyyat
məsələlərində dəstək verməyə hazır olduğumuzu açıqladım”.
Rəsmi Tehranın Türkiyə prezidentinə cavabı özünü çox gecikdirməyib.
İranın xarici işlər naziri Cavad Zərif dövlət xəbər agentliyinə
bildiirib ki, strateji səhvləri və yüksək ambisiyaları ucbatından
bölgəyə dağıdıcı ziyan vurmuş qüvvələr müdrik siyasi qərarlar verib
regionda sülh və ərazi bütövlüyünü qorumağa çalışsalar yaxşı olar.
Zərif ölkəsinin Türkiyəylə strateji münasibətlərinə yüksək dəyər
verdiyini bildirsə də, indiki vəziyyətdə bütün ölkələrin regionda
asayışın və sabitliyin qorunması istiqamətində lazımı addımlar
atmalı olduğunu vurğulayıb.
Ölkədəki zorakılıqlardan qaçan prezident Əbd-Rəbbo Mənsur Hadi
Səudiyyə Ərəbistanına sığınıb. Bəzi məlumatlara görə, o, sabah
keçiriləcək Ərəb Liqası sammitində iştirak etmək üçün Misirə gəlib.
Mənsur Hadi BMT-dən, həmçinin Ərəb Liqası ölkələrindən hərbi yardım
edilməsini istəyib.
“CNN” xəbər verir ki, yəmənli şiələrə qarşı əməliyyata ərəb
dövlətləri koalisiyasına daxil olan ölkələrdən 5 minədək əsgər və
zabit yaxın günlərdə Yəmənə gələcək. Bu kontingentin əsas vəzifəsi
Yəmən prezidentinin iqamətgahının yerləşdiyi Ədən şəhərinin
təhlükəsizliyini təmin etməkdir. Yəmənin paytaxtı Sənanı nəzarətə
götürən Husilər Ədən şəhərinə doğru hərəkət edirlər. Bu şəhər isə
Qırmızı dənizdə hər gün 20 min gəminin, neft tankerlərinin keçdiyi
Bab əl-Məndəb boğazının üstündə yerləşir. Belə bir vəziyyətdə Yəmən
yeni, daha geniş müharibənin meydanına çevrilə bilər.
-
Cənubi Qafqaz19:12
Ermənistan KİV-i Bağanis Ayrımla bağlı yeni MƏLUMAT YAYDI
-
Hadisə18:38
Azərbaycanlı iş adamının qətlini o qadın sifariş edib? - ŞOK İDDİA
-
Hadisə18:30
Yanan bazardan son görüntülər - FOTO/VİDEO (YENİLƏNDİ)
-
Sosial17:50
Cavanşir Məmmədov kostyumla dəfn edilib?
-
Dünya17:45
Ərdoğan bu sarayda HƏMAS lideri ilə GÖRÜŞDÜ
-
Dünya17:30
Fidan: Dünyanın ən böyük problemi ikiüzlülükdür
-
Nida Xəbər 16:10
Ceyhun Bayramov İran səfiri ilə görüşdü
-
Sosial15:10
Cavanşir Məmmədovun dəfn yeri açıqlandı