Dünya
Hamının gözü qarşısında arvadına od vuraraq yandırdı - ŞOK VİDEO
Rusiyada tükürpədici hadisə baş verib. Belə ki, ər keçmiş arvadının işlədiyi marketlərin birinə gedərək müştərilərin gözü qarşısında qadına od vuraraq yandırıb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 25 yaşlı qadının əri tərəfindən yandırılması Rusiya mediasında səs-küyə səbəb olub və insanlar arasında qadına qarşı zorakılıq əleyhinə çağırışlar başlayıb.
33 yaşlı qatil Aleksandr Efimov hadisə baş verən günü içkili olub və keçmiş arvadının iş yerinə gələrkən avtomobilin sürət həddini normadan artıq 3 dəfə keçib. O, baş verən cinayətdə arvadını günahkar bilib. Çünki Efimov qadının işlədiyi marketə gələrək onu evə aparamaq istəyib, lakin qadın razılaşmayıb.
Cütlük hələ 2010-ci ildə boşanıb.
Kişi arvadını başqa kişilərə intim münasibətdə olması və ona xəyanət etməsini əsas gətirərərək qadını boğaza yığıb. Bununla belə, Efimov arvadından boşandıqdan sonra belə, onu evə qaytarmağa çalışıb.
Sonuncu dəfə Efimov 2014-cü ilin martında qadının işlədiyi “Magnit” marketə gedərək evə dönməsini tələb edib.
Kişinin sözlərinə görə, o, qadının evə dönməyəcəyi təqdirdə, onu öldürməklə hədələyib. Qadın kişinin təklifini qəbul etmədikdə Aleksandr arvadının üzərinə benzin tökərək od vurub. Marketin nəzarət kameralarında isə bu zaman dəhşətli görüntülər qeydə alınıb.
Kameralardan da göründüyü kimi mağazada olan müştərilər alışıb yanan Annanın köməyinə gəlir. Qadın xəstəxanaya çatdırılsa da, bir neçə gündən sonra aldığı yaralardan dünyasını dəyişib.
Efimov həbs edilib. 1 il davam edən məhkəmə prosesindən sonra hakim Efimova hökm çıxarıb. Törətdiyi cinayətə görə o, 18 il azadlıqdan məhrum edilib.
Nura
-
MDB11:15
Putin bu ölkələrlə birlikdə yeni müharibəyə başlayacaq - Hədəf onlardır
-
Dünya10:44
Bu valideynlər bir uşağa görə 125 min manat alacaqlar
-
Region10:10
Rusiyadakı azərbaycanlılara PİS XƏBƏR - Bu sahələrdə işləmək qadağan edildi
-
Cənubi Qafqaz09:48
Rusiya bu həftə Paşinyanı devirəcək - Şok iddia
-
Hadisə09:21
Məktəb binasında yanğın
-
Sosial08:43
Azərbaycanın tanınmış professoru vəfat etdi - FOTO
-
Magazin208:36
Kristofer Nolan cəngavər olacaq, xanımı isə... - FOTO
-
Ekologiya07:17
Bu günə olan hava PROQNOZU - 20 dərəcə isti