Bəhreyndə Yəmənə dəstək aksiyaları planlaşdırılır
Bizi izləyin

Dünya

Bəhreyndə Yəmənə dəstək aksiyaları planlaşdırılır

Bəhreyndə Səudiyyə Ərəbistanın Yəmənə təcavüzlərinə etiraz əlaməti olaraq silsilə aksiyaların təşkili planlaşdırılır.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, gələn həftədən etibarən ölkənin ayrı-ayrı şəhərlərində kütləvi etiraz tədbirləri keçiriləcək. Aksiyalara xüsusi hazırlıq, yüksək təşkilatçılıq etiraz tədbirlərinin izdihamlı olacağını göstərir.

Qeyd edək ki, artıq ilk etiraz aksiyası keçirilib. Ölkə sakinləri Səudiyyə Ərəbistanın Yəmənə hücum etməsinə, Bəhreyn Hərbi Hava Qüvvələrinin bu təcavüzlərdə iştirak etməsinə etiraz olaraq, bir sıra şəhərlərdə aksiyalar və yürüşlər təşkil ediblər. Lakin Bəhreynin Daxili İşlər Nazirliyi ölkə vətəndaşları və siyasi qruplara Bəhreyn dövlətinin Yəmənə qarşı müharibədə iştirakı əleyhinə mövqe tutmaq və etiraz etmələri haqda ciddi xəbərdarlıq edib, müharibə əleyhinə çıxanlara qarşı ciddi tədbirlərin görüləcəyini bəyan edib.

Anar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm