İsmayıllıda film kimi cinayətin müdhiş səbəbi - VİDEO
Bizi izləyin

Qırmızı.az

İsmayıllıda film kimi cinayətin müdhiş səbəbi - VİDEO

İsmayıllıda film kimi cinayətin izləri açılır.

Axar.az-ın özəl qaynaqdan əldə etdiyi xəbərə görə, rayon sakini Məhəmməd Əhmədov yazdığı 28 səhifəlik məktubda arvadını və qonşusunu öldürməsinin illər əvvələ söykənən ən mühüm səbəblərini qeyd edib. Məlum olub ki, gəncliyində həyat yoldaşı Bahar Əhmədovanın qonşusu Allahverdi Rəhimovla ailə qurmasına qızın atası razılıq verməyib. Bu nakam məhəbbət isə uzun illər sonra bu cür faciə ilə başa çatıb.

Atası Baharı Məhəmmədə ərə verməyə razı olub. Onlar rəsmi nikaha girib, övladları dünyaya gəlib. Xəbərdə deyilir ki, Məhəmməd bütün bu müddət ərzində arvadının qonşusunu sevməsi faktını və Baharın ona getməsinə atasının imkan vermədiyini heç cür qəbul edə bilməyib. Öz içində daima şübhə, qısqanclıq hissləri ilə yaşayıb, arvadının onunla yox, Allahverdi ilə xoşbəxt olmaq arzusunda olduğunu düşünüb. Özünün məktubda dediyi kimi, uşaqlarını böyütmək üçün bu vaxta qədər səbr edibmiş.

Xatırladaq ki, cinayəti törədən Məhəmməd 1951-ci il, həyat yoldaşı Bahar isə 1959-cu il təvəllüdlüdür. Qonşusu Allahverdi də nə az, nə çox - 1953-cü ildə anadan olub.

Hadisəni törədən Məhəmməd Əhmədov saxlanılıb. Lakin halı pisləşdiyi üçün o, İsmayıllı Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlər onun infarkt keçirdiyini bildiriblər. Hazırda M.Əhmədov xəstəxanada müalicə alır, vəziyyəti ağırdır. Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm