Ermənistan mətbuatı Qurban Qurbanovdan yazdı
Bizi izləyin

İdman

Ermənistan mətbuatı Qurban Qurbanovdan yazdı

Ermənistan mətbuatı "Qarabağ" klubunun baş məşqçisindən yazıb.

ANS PRESS-in məlumatına görə, Qurban Qurbanovun albaniyalı tələbələrinə Ermənistan qarşısında qələbə qazanacaqları təqdirdə mükafat vəd etməsi Ermənistan mətbuatının diqqətindən qaçmayıb.

Əksər erməni saytları baş məşqçinin sözlərini manşetə çıxarıblar. Ermənilər Ansi Aqolinin Ermənistanla matçı ilə bağlı açıqlamarına da yer veriblər.

"Mən Azərbaycanda oynayıram. Bu matç azərbaycanlıların diqqət mərkəzində olacaq. Çünki iki ölkə arasında gərgin münasibətlər var. Buna görə əminəm ki, azərbaycanlılar bizi və Albaniya yığmasını dəstəkləyəcək", - deyə Ansi Aqoli söyləyib.

Qeyd edək ki, "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bir neçə gün öncə Azərbaycan mətbuatına maraqlı açıqlama verib. Baş məşqçi bildirib ki, Albaniya millisi Ermənistana qalib gəlsə, Ansi və Telliyə mükafat verəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm