İncə belə sahib olan qızı yadplanetliyə bənzətdilər - FOTOLAR
Bizi izləyin

Bilgi.az

İncə belə sahib olan qızı yadplanetliyə bənzətdilər - FOTOLAR

Son zamanlar incə belə sahib olmaq dəbə minib. Bunun üçün məşhurlar daha nələr etmir? Məsələn, Venesueladan olan model incə belə sahib olmaq üçün gün ərzində ən azı 23 saat korsetlə gəzir.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Aleira Avendano artıq 6 ildir ki, gün ərzində 23 saat korsetlə gəzir. Həkimlərin xəbərdarlığına görə, beli 50 santimetr olan Avendanonun həyatı risk altındadır. Buna baxmayaraq, Avendano daha nazik belə nail olmaq üçün korset geyinməyə davam edir.

O deyib: "Mən korset və kəmərlərə vurğunam. Hətta, onlarla yatıram da. Onların belimi sıxmasını xoşlayıram. Gün ərzində yalnız 1 saatlıq korseti belimdən çıxarıb vanna qəbul edirəm".

25 yaşlı model hələ yeniyetməlik çağlarından korsetlə gəzməyə başlayıb. Nəticədə, onun beli o qədər nazikləşib ki, hətta yolda gedən insanların da diqqətini cəlb edir.

Avendano əlavə edib: "Heç kim bədənimin həqiqi olmasına inana bilmir. Əvvəllər korset mənə kəskin ağrılar və narahatçılıq verirdi. Sonradan isə korset sanki ehtiyacıma çevrildi. Mən onu geyinmədikdə dərim qaşınmağa başlayır".

Lakin həkimlərin sözlərinə görə, günün çox hissəsini korsetdə yeriyən qızın fəsadları tezliklə özünü göstərəcək. Həkim deyib: "O, bunu mütləq şəkildə dayandırmalıdır. Çünki aşağı qabırğalar kövrək olduğu üçün tez əyilir. Qabırğaların əyilməsi onun daxili orqanlarını zədələyə bilər".

Aleira qum saatına bənzəmək üçün pəhrizə də oturub. Qeyri-adi bədən formasına görə, Karakas sakinləri onu daha çox yadplanetliyə bənzədir.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm