BBC rəhbərini ölümlə hədələyirlər
Bizi izləyin

Dünya

BBC rəhbərini ölümlə hədələyirlər

London polisi BBC rəhbəri Tony Hallun ölümlə təhdid edilməsi ilə bağlı məlumatı araşdırır.

Publika.az-ın məlumatına görə, BBC-nin baş direktorunu populyar Top Gear proqramının aparıcısı Jeremy Clarkson vəzifəsindən kənarlaşdırıldıqdan sonra hədələməyə başlayıblar.

“The Mail on Sunday” qəzeti xəbər verir ki, hədəli məktublar ötən çərşənbə günü elektron poçtu ilə göndərilib.

BBC rəhbərliyi Clarksonun öz həmkarlarından birinə əl qaldırması ilə əlaqədar onunla mövcud kontraktı uzatmamaq qərarına gəlib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm