Qadın junalisti öldürən polisə 20 il həbs cəzası verildi
Bizi izləyin

Dünya

Qadın junalisti öldürən polisə 20 il həbs cəzası verildi

Əfqanıstanın ali məhkəməsi Associated Press agentliyinin əməkdaşını öldürməkdə ittiham olunan keçmiş polis işçisi barəsində 20 il həbs cəzası çıxarıb.

Birinci instansiya məhkəmə 2014-cü ilin iyulunda Naqibullah adlı polis işçisi barəsində ölüm hökmü çıxarmışdı. Ali Məhkəmə isə bu ilin yanvarında apellyasiya məhkəməsinin ölüm hökmünün 20 il həbslə əvəzlənməsi barədə qərarını qüvvədə saxlayıb. 20 il Əfqanıstanda maksimum həbs cəzası sayılır.

Ötən il aprelin 4-də Naqibullah Əfqanıstanın cənub-şərqində prezident seçkilərini işıqlandıran fotoqraf Anja Niedringhaus və müxbir Kathy Gannona heç bir xəbərdarlıq etmədən atəş açıb.

Almaniya vətəndaşı olan Anja Niedringhaus hadisə yerində ölüb, Kanadadan olan jurnalist Kathy Gannon altı güllə yarası alıb. Hazırda jurnalist öz ölkəsində müalicə alır.

Associated Pressin məlumatına görə, Anja Niedringhaus İraq müharibəsini işıqlandırdığına görə 2005-ci ildə Pulitserovski mükafatına layiq görülmüşdü. Həmin ildə cəsarətli qadın jurnalist kimi Qadınların Beynəlxalq Fondu tərəfindən də təltif olunmuşdu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm