İdman
"Baku Fires" qələbə ilə dönür
Ümumdünya Boks Seriyasının (WSB) 11-ci turunda Azərbaycanın “Baku Fires” klubu Polşanın Qdansk şəhərində “Rafako Hussars Poland” komandası ilə qarşılaşıb.
Azərbaycan Boks Federasiyasından Publika.az-a verilən məlumata görə, istinadən məlumat verir ki, görüş komandamızın 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Döyüşlərin nəticələri:
"Rafako Hussars Poland" – "Baku Fires"
49 kq. David Yaqodinski – Rəsul Saliyev 3:0 (49:45, 49: 45,
48:47)
56 kq. Silvestr Kozlovski – Məhəmməd Qurbanov 0:3 (45: 49, 46:49,
47:48).
64 kq. Damian Kivior – Heybətulla Hacəliyev 0:3 (45:50, 45:50,
46:49).
75 kq. Tomaş Yablonski - Jaba Xositaşvili – 2:1 (50:45, 47:48,
50:45).
91 kq. Rain Karlson – Abdulqadir Abdullayev TKO R2 1:37
Bu görüşdə idmançıların fərdi reytinqi baxımından üç qarşılaşma komandamız üçün böyük önəm daşıyırdı. 56 kq çəki dərəcəsində Məhəmməd Qurbanov rəqibini məğlub edərək reytinqdə 1-ci sıradakı mövqeyini möhkəmləndirib. Heybətulla Hacəliyev isə bu qələbədən sonra reytinqdə 2-ci pilləyə yüksəlib. Abdulqadir Abdullayev bu dəfə də rinqi nokautla qələbə qazanaraq tərk edib. Bu dəfə boksçumuzun zərbələri qarşısında estoniyalı Rain Karlson davam gətirə bilməyib.
“Baku Fires” növbəti görüşünü aprelin 11-də Quba Olimpiya Kompleksində "USA Knockouts" klubuna qarşı keçirəcək.
Turnir cədvəli
1. “Astana Arlans” – 33, (döyüşlərin fərqi 46-9)
2. “Baku Fires” – 23, (35-20)
3. “Italia Thunder” – 20, (32-22)
4. "USA Knockouts" – 18, (26-29)
5. "Puerto Rico Hurricanes" – 18, (25-30)
6. "Caciques Venezuela" – 17, (23-32)
7. “Rafako Hussars Poland” – 12, (21-34)
8. “Argentina Condors” – 3, (11-43)
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 19 Aprel 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin119 Aprel 20:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO