Aşığın evinə oğrular girib - FOTO
Bizi izləyin

Qırmızı.az

Aşığın evinə oğrular girib - FOTO

Şirvan aşıq məktəbinin tanınmış nümayəndəsi Aşıq Vüqar Mahmudoğlunun evinə oğrular girib.

Axar.az xəbər verir ki, ev sahiblərinin evdə olmadığından istifadə edən naməlum şəxslər Aşıq Vüqarın Müşfiqabad qəsəbəsində yerləşən şəxsi mülkinə dəmir barmaqlığı qıraraq giriblər. Bir neçə otağın pəncərəsini və evdəki mebellərin qapılarını qıran oğrular istəklərinə nail ola bilməyiblər. Aşıq Vüqarın bildirdiyinə görə, oğrular evdəki qiymətli əşyaları tapmayıblar: "Evə indi baxırıq. Qiymətli əşyalar yerindədir. Yalnız qol saatını apardıqlarını müəyyənləşdirdik".

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə məlumat verilib. Abşeron polisi hazırda oğurluq baş verən evdə araşdırma aparır.

Xatırladaq ki, bu gün Aşıq Vüqar övladına nişan mərasimi keçirib. Ev sahibinin ehtimalına görə, şadlıq mərasimindən oğrular xəbərdar olublar və evdə kimsənin olmadığını əvvəlcədən bildikləri üçün axşam saatlarında evə soxulublar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm