Separatçılar ATƏT-i öz mövqelərinə buraxmayıb
Bizi izləyin

Dünya

Separatçılar ATƏT-i öz mövqelərinə buraxmayıb

Ukraynanın şərqinə nəzarət edən separatçılar ATƏT müşahidəçilərini Mariupol şəhəri yaxınlığındakı Şirokino qəsəbəsinə buraxmayıblar.

Publika.az-ın məlumatına görə, bu barədə ATƏT-in Ukraynadakı xüsusi monitorinq missiyasının rəhbəri Maykl Boçurkiv deyib.

Son vaxtlar bu ərazidə toqquşmalar baş verdiyini həm separatçılar, həm də Ukrayna hökumət qoşunları bildirmişdilər.

Missiyanın rəhbəri bildirib ki, əvvəlcədən verilmiş vədə baxmayaraq separatçılar Şirokino qəsəbəsinə yoxlanış səfərlərinin keçirilməsinə mane olurlar. Missiya həmçinin bildirir ki, separatçılar onların qarşısında havaya atəş açıblar.

Təhlilçilər separatçıların Mariupol yaxınlığındakı mövqelərdə təftişlərə maneçilik törətməsini narahatedici əlamət sayırlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm