Bakıda qəza: 1 ölü - FOTO
Bizi izləyin

Qırmızı.az

Bakıda qəza: 1 ölü - FOTO

Bakıda bir nəfərin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi baş verib. “Report”un məlumatına görə, qəza Yasamal rayonunda Talıblı və Şərifzadə küçələrinin kəsişməsində baş verib.

Qəza zamanı 1989-cu il təvəllüdlü İbrahimov Xəyal Ibrahim oğlu idarə etdiyi "Daewoo" markalı maşınla hərəkətdə olan zaman, Muradov Ağaxan Ağahüseyn oğlunun idarə etdiyi və "Az Samand" markalı nəqliyyat vasitəsi ilə toqquşub.

Qəzadan sonra hər iki sürücü xəsarət aldığından təcili tibbi yardım avtomobili ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdrılıb. Edilən tibbi yardımlara baxmayaraq " Daewoo"nun sürücüsünün həyatını xilas etmək mümkün olmayıb. Hadisə ilə bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma başlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm