Bayram qurtardı, tıxaclar başlandı
Bizi izləyin

Qırmızı.az

Bayram qurtardı, tıxaclar başlandı

Bayramdan sonra Bakı küçələri əvvəlki vəziyyətinə qayıdıb. Hazırda paytaxtın əksər küçə və prospektlərində tıxac var.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Publika.az-a verilən məlumata görə, hazırda Tbilisi prospektindən üzü Nəqliyyat Nazirliyi istiqamətində, Akademik Həsən Əliyev küçəsində, İnşaatçılar prospekti üzrə hər iki istiqamətdə, Bakıxanov küçəsindən Statistika Komitəsinin qarşısındakı dairə istiqamətində tıxac var. Alternativ yollar kimi Həsən bəy Zərdabi və Bakıxanov küçələri təklif olunur.

Hazırda Ş. Qurbanov küçəsindən Xarici İşlər Nazirliyinin qarşısına doğru, Ş.İ.Xətai prospektindən Təhsil Nazirliyinin qarşısına doğru, Atatürk prospektindən Ayna Sultanova parkı istiqamətində avtomobillərin hərəkətində sıxlıq müşahidə olunur.

Sürücülərə alternativ olaraq S. Vurğun və Təbriz küçələrindən istifadə etmək tövsiyə olunur.

Bağlı yollara gəlincə, qeyd edək ki, hazırda Ziya Bünyadov prospektinin Azadlıq və Atatürk prospektləri ilə kəsişməsində yerləşən yolötürücülərinin Xutor dairəsindən Böyük Şor istiqamətinə olan hissəsində temperatur tikişlərinin dəyişdirilməsilə əlaqədar yol bağlıdır.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm