Flora Kərimova millət vəkili ilə birləşdi - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Flora Kərimova millət vəkili ilə birləşdi - FOTOLAR

Uzun fasilədən sonra xalq artisti Flora Kərimova yenidən çəkiliş meydançasında görünüb.

Xalq artisti musiqisi Sevinc Tofiqqızına, sözləri Milli Məclisin deputatı Qənirə Paşayevaya məxsus olan “Səni gözləyəcəyəm” adlı mahnıya klip çəkdirir.

Bu barədə Publika.az-a mahnının bəstəkarı Sevinc Tofiqqızı məlumat verib: “Musiqisi mənə, sözləri Qənirə xanıma aid olan “Səni gözləyəcəyəm” adlı mahnımıza bizim dəyərli sənətkarımız Flora xanım Kərimova klip çəkdirir. Klipdə mən də rol almışam. Bu mənim üçün böyük fəxrdir ki, Flora xaınmla eyni klipdə iştirak edəcəyəm. Klip yaxın zamanlarda mediaya təqdim olunacaq”.

Klip rejissor Nail Naiboğlunun yozumunda ərsəyə gələcək. Mahnının aranjemanı Osman Həmidova məxsusdur.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm