Dünya
Nemtsovun qətlində yeni fiqurant
Rusiya müxalifətçisi Boris Nemtsovun qətli ilə bağlı aparılan cinayət işinin istintaqında yeni fiqurant ortaya çıxıb.
Publika.az xəbər verir ki, bu barədə istintaqa yaxın mənbə “Kommersant” nəşrinə bildirib.
Şübhəli Zaur Dadayevin sözlərinə görə, “Ruslik” (istintaq onun adı və soyadını açıqlamayıb) qətlin törədilməsi üçün maşın və silah verib. Bundan başqa, “Ruslik” müxalifətçinin qətli üçün beş milyon rubl mükafat söz verib. “Kommersant” yazır ki, adıçəkilən şəxs hələ axtarışa verilməyib. “Müstəntiqlər onun cinayətdə mümkün iştirakının başqa sübutlarını toplayırlar”, - nəşr qeyd edir.
Qeyd edək ki, Nemtsov fevralın 27-də axşam saatlarında Kreml yaxınlığında, Moskva çayı körpüsünün üstündə qətlə yetirilib.
Martın 8-də Moskvanın Basman rayon məhkəməsi Boris Nemtsovun qətlində şübhəli bilinən beş nəfərin həbs olunması barədə qərar çıxarıb. Zaur Dadayev və Anzor Qubaşevə cinayət işi üzrə ittiham irəli sürülüb. Digər üç nəfər – Qubaşevin qardaşı Şahid, Tamerlan Əskərxanov və Xamzad Baxayev hələlik şübhəli hesab olunurlar.
Zaur Dadayev və Qubaşev qardaşları İnquşetiyada, Tamerlan
Əskərxanov və Xamzad Baxayev isə Moskva ətrafında kirayələdikləri
evdə tutulublar. Müttəhimlərin qohumları Boris Nemtsovun
öldürüldüyü gün onların Moskvada olduqlarını təsdiqləsələr də, bu
çinayətdə iştiraklarına inanmadıqlarını bildirirlər.
Ömər Dağlı
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ